Hakim keçmiş məhkumun maddəsini dəyişərək ona 7 il cəza verdi
Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Rəhman Qurbanəlizanin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hurriyyet.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs isə son söz deyib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin 181.3.3 maddəsi Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsinə töfsif edilib və 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Rəhman Qurbanəlizadə ona küçədə sataşan Emin Məmmədovu döyüb, daha sonra onun telefonunu alıb.
Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxs Emin Məmmədov isə ifadəsi zamanı təqsirləndirilən şəxsin ona dəyən ziyanın ödədiyini və ondan şikayətçi olmadığını bildirib.
Ona qarşı ibtidai istintaq dövründə Cinayət Məcəlləsinin 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Rəhman Qurbanzadə əvvəllərdə eyni maddə ilə məhkumluq həyatı yaşayıb.