Saat:04:43
Haqqımızda

"Hakim Ceyhun Qaracayevin dərsliyini aldım, vərəqlədim və dəhşətə gəldim" - ƏKRƏM HƏSƏNOV

2024-02-06 11:33:55

"Adam konstitusiya hüququ üzrə elmlər doktorudur, amma konstitusion quruluşun (insan haqları və hakimiyyətlərin bölünməsinə söykənən quruluşun) nə olduğunu bilmir"

"Ötən il Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin konstitusiya hüququ üzrə dərsliyi nəşr olunub. Aldım, vərəqlədim və dəhşətə gəldim". Hurriyyet.az xəbər verir ki, bunu hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Hüquqşünasın sözlərinə görə, dərsliyin 84-cü səhifəsində yazılıb ki, Bayraq meydanındakı bayrağımız dünyada ən böyük bayraqlardan biridir: "2017-ci ildən yoxdur axı orada!. 600 səhifəlik kitabda bir dənə olsun istinad yoxdur. Ramiz Mehdiyevdən (s.77) tutmuş hüquq alimlərinədək sitatlar gətirir, amma istinad vermir. 62-ci səhifədən başlanan “Müasir Azərbaycan konstitusionalizminin mənşəyi” adlı paraqraf Azıx mağarasından başlayır. Hətta deyir ki, “Monqol imperiyasının konstitusiya aktlarının əsilləri müasir dövrədək gəlib çatmayıb” (yəqin kserosurətini hardansa tapıb). Adam konstitusiya hüququ üzrə elmlər doktorudur, amma konstitusion quruluşun (insan haqları və hakimiyyətlərin bölünməsinə söykənən quruluşun) nə olduğunu bilmir. 63-cü səhifədə yazır ki, Azərbaycan milləti Atropatenada (eramızdan əvvəl) formalaşmağa başlayıb, 64-cü səhifədə isə deyir ki, Səlcuqların gəlişi (XI əsr) ilə əhalinin türkləşməsi və Azərbaycan etnosonun formalaşması başlandı. 104-cü səhifədə yazır ki, referendumda qanunlar (əslində referendum aktı!), hansısa yerli sovetlər (əslində bələdiyyələr) və parlament (əslində, o, ancaq qanun qəbul edir) tərəfindən isə alt qanunlar qəbul oluna bilər. Yəni normativ hüquqi aktların təsnifatından belə xəbəri yoxdur!"

Əkrəm Həsənov əlavə edib ki, kitabda Naxçıvan və onun konstitusiya hüququ haqda heç nə yoxdur: "Sanki muxtar respublikamız yoxdur. Və daha nələr və nələr. Aliminə, müəlliminə, Konstitusiya Məhkəməsinin hakiminə bax millətimin..."

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.161819