Hakan Fidan: “Ukrayna ilə Fələstinə eyni yanaşma olmalıdır”
2023-11-01 16:32:44

Hurriyyet.az “Anadolu Agentliyi”nə itinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza bölgəsindəki vəziyyətlə əlaqədar ikili standartların tətbiq edilməsinin yolverilməz olduğunu bəyan edib. O, Ukrayna və Fələstindəki hadisələrə müxtəlif yanaşmalardan danışıb.
Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla birgə mətbuat konfransında deyib: “Ukrana üçün ayrı, Fələstin üçün ayrı standartlar ola bilməz. Ədalətli dünya istəyiriksə, həmişə prinsipial və ardıcıl davranmalıyıq”.
Fidan Ankaranın Qəzza bölgəsindəki hadisələrin region ölkələrini bürüyəcək şəkildə böyüməsini istəmədiyini bildirib və Avropa İttifaqını atəşkəs üçün səy göstərməməkdə ittiham edib.
Hürr Tərcüman
