Hakan Fidan Narışkinin gizli səfəri barəsində açıqlama verdi
2025-11-28 18:21:27
Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Narışkinin Trampın Ukrayna planını müzakirə etmək məqsədilə məxfi səfər etməsi barəsində danışıb.
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin noyabrın 27-də Ankaraya işgüzar səfər edib. Səfər zamanı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib.
Hakan Fidan Berlində keçirilən mətbuat konfransında deyib: "Dünən cənab Narışkin Ankarada idi. O, bizi planla bağlı Rusiyanın mövqeyi ilə tanış etdi. Bu mövzu istiqamətində irəliləyişlər var. Biz onların hamısını qiymətləndirdik".
Rusiya tərəfi Narışkinin Türkiyə səfəri barəsində açıqlama verməyib.
Hürr Tərcüman
