Hakan Fidan İstanbul danışıqlarının hədəflərindən danışıb

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbul şəhərində keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsində liderlərin görüşü məsələsinin həllinin planlaşdırıldığını bildirib.
Nazir nümayəndə heyətlərinin müntəzəm görüşlərinin ölkələr arasında etimadın möhkəmləndirilməsi üçün dəyərli olduğunu qeyd edib.
Hakan Fidan deyib: "Liderlərin görüşünə (çox güman ki, RF və Ukrayna liderlərinin Türkiyə və ABŞ nümayəndələrinin iştirakı ilə görüşü nəzərdə tutulur) hazırlıq üçün zəruri addımları müzakirə etməyi planlaşdırırıq. Biz heyətlərin müntəzəm görüşlərini ölkələr arasındakı etimadın möhkəmləndirilməsi üçün dəyərli hesab edirik. Ümumi problemləri və mövqeləri aşkar etməklə, fikir ayrılıqlarını azaltmaq və sülhə doğru irəliləmək olar. İlk növbədə, danışıqların məhsuldar olmadığını, qısa müddət ərzində konkret irəliləyiş və arzuolunan nəticələr əldə etməyi gözləyirik.
Hürr Tərcüman
