Hakan Fidan iranlı həmkarı ilə GÖRÜŞDÜ
2023-10-18 22:58:01

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmirabdullahianla görüşüb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, görüş Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclası çərçivəsində baş tutub.
