Saat:12:17
Haqqımızda

Hakan Fidan: "Cin şüşədən buraxılıb" - Avropa təhlükəsizliyinin inşasında Türkiyənin rolu artır

2025-03-06 17:14:07

Hakan Fidan:

Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropanın ABŞ olmadan yeni təhlükəsizlik şəraitinə hazırlaşmalı olduğunu bildirib. 
Hakan Fidan FT nəşrinə müsahibəsində deyib: "ABŞ Prezidenti həyəcanlı siqnallar verir. Bu siqnallar bizi birləşməyə və öz ağırlıq mərkəzimizi yaratmağa sövq etməlidir".
Hakan Fidanın sözlərinə görə, NATO-nun ləğv ediləcəyi təqdirdə Türkiyə Avropa təhlükəsizliyinin yeni arxitekturasının formalaşmasında iştirak etməlidir.
Hakan Fidan deyib: "Cin şüşədən buraxılıb və onu yerinə qaytarmaq artıq mümkün deyil. Hətta Tramp indi Avropadan çıxmasa da, gələcəkdə ona oxşar mövqedə olan başqa birisi ABŞ-ın Avropa təhlükəsizliyində iştirakının məhdudlaşdırılması imkanlarını nəzərdən keçirə bilər".
Hürr Tərcüman