Saat:22:46
Haqqımızda

Hakan Fidan Blinkenlə niyə qucaqlaşmayıb?

2023-11-07 12:04:45

Hakan Fidan Blinkenlə niyə qucaqlaşmayıb?

Hurriyyet.az xəbər verir ki, Türkiyənin “Hürriyet” nəşrinin yazdığına görə, Türkiyənin XİN rəhbəri Hakan Fidanın ABŞ-ın dövlət katibi Entoni Blinkenlə qucaqlaşmaqdan imtina edib bir addım geri çəkilməsinin səbəbi Amerika diplomatiyasının rəhbərinin nəzakətsizliyi olub.

Blinkenlə Hakan Fidanın danışıqları bazar ertəsi günü Türkiyənin paytaxtında olub. Sosial şəbəkələrdən onların görüşünü əks etdirən kadrlar geniş müzakirə olunur. Kadrda diplomatların əl tutub salamlaşmasından sonra Blinkenin Fidanı qucaqlamağa cəhd göstərərək bir addım irəli gəldiyi zaman Türkiyə XİN rəhbərinin bir addım geri çəkildi və dövlət katibinin əlini sıxmağa davam etdiyi görünür.

Qəzet yazır: “Blinkenin maşını Türkiyə XİN-inn binasına çatanda Hakan Fidan maşından çıxaraq bütün qonaq nazirləri qarşılayanda olduğu kimi nazirliyin qapısında dayandı... O zaman telefonla danışan Blinken maşından düşmədi və Fidan XİN binasına qayıtdı. Fidan diplomatik nəzakəti mükəmməl olmayan ABŞ dövlət katibinin onu qucaqlamaq cəhdini rədd edib”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.591960