Saat:16:14
Haqqımızda

HAFİZ MƏMMƏDOV HƏBSƏ ALINDI - 1 saylı istintaq təcridxanasına aparıldı + VİDEO(Yenilənib)

2022-01-28 11:15:00

HAFİZ MƏMMƏDOV HƏBSƏ ALINDI - 1 saylı istintaq təcridxanasına aparıldı + VİDEO(Yenilənib)

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə mətbuata iş adamının vəkili Orxan Cəfərbəyli məlumat verib.

Onun sözlərinə görə, hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.

“Dövlət Vergi Xidməti Hafiz Məmmədovdan borcun tam ödənilməsini tələb edir. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş adamı borcunun yarısını ödədiyi halda ev dustaqlığına buraxıla bilər”, - deyə Kəngərli bildirib.

Qeyd edək ki, ötən gün məhkəmənin həbs qətimkan tədbiri seçməsindən sonra Hafiz Məmmədov bir neçə saat Yasamal rayon polis idarəsində saxlanılıb, sonra isə 1 saylı istintaq təcridxanasına aparılıb.

 

 

 

***

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

APA xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Hafiz Məmmədovun barəsində 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Məşhur iş adamı, “Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədovun ("Hafka") Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində saxlanıldığı barədə məlumat yayılıb.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Maraqlıdır ki, iş adamı axtarışa verilsə də, məsələ ilə bağlı bir qədər əvvəl mediaya açıqlama verib. O, “Qaynarinfo”-ya açıqlamasında borclarını qaytardığını iddia edib: “Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: “Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.

"AzPolitika"

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR