Hadrutda milyardlıq yeyinti faktları: ermənilər haqq-hesab çəkmək üçün ayağa qalxacaqmı?

2021-10-13 15:33:00

Hadrutda milyardlıq yeyinti faktları: ermənilər haqq-hesab çəkmək üçün ayağa qalxacaqmı?

Qalib ordunun sərkərdəsinin Hadrut (Ağoğlan) səfərini, xocavəndlilərlə görüşünü, çıxışlarını, səmimi söhbətlərini izləmək bizim üçün nə qədər xoş idisə, heç şübhəsiz, ermənilər üçün öldürücü mənzərəydi. Elə bunu sosial şəbəkələrin erməni seqmentindən, düşmən ölkənin mediasından da aydın gördük. Yanırlar “Hadrut-dərdim mənim” deyərək...

Baş Komandan bu dəfə hərbi geyimdə deyildi, həm də “müharibə bizimçün bitib, ağlınız olsun, keçənlərdən dərs çıxarın” mesajı idi qarşı tərəfə. Çox ciddi bəyanatlar səsləndi bu qədim türk yurdunda! Ermənilər adam kimi düşünmək fürsəti qazana bilsələr, başa düşərlər ki, İrəvan küçələrində sülənib “bizi Hadruta qaytarın” deyənlərin Hadruta bağlılılğı uzağı son illərə dayanır, çünki onların dədə-babaları dövlət başçımızın dediyi kimi, 19-cu əsrdə İrandan köçürülüblər Azərbaycanın bu cənnət guşəsinə! Daha məntiqli olardı ki, onlar İrana qaytarılmaları üçün etiraz aksiyaları keçirsinlər, elə Tehranın İrəvandakı səfirliyi qarşısında. Qoy Ermənistandakı İran səfiri Zəngəzur və Qarabağ söhbətlərinə burun soxmaqdansa, iki əsr əvvəl ölkəsindən Azərbaycana deportasiya edilmiş ermənilərin halını düşünsün.

Hadrut rayonu Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 26 noyabr 1991-ci ildə ləğv edilib və mərkəzlə birgə, 48 yaşayış məntəqəsi Xocavənd rayonunun tərkibinə verilib. Düzdür, Hadrutun işğal tarixi 2 oktyabr 1992-ci il kimi göstərilirdi, lakin onadək də bu tarixi ərazilərimiz məkrli düşmənin təsiri altındaydı, zaman-zaman azərbaycanlıları deportasiya edib, erməni əhalinin sayını 84 faizə qədər artırmışdılar. Bu ədalətsizliyə 7-15 oktyabr 2020-ci il tarixli döyüşlərdə son qoyuldu və budur, Hadrutda “Dəmir yumruq” abidəsi ucalır!

İlham Əliyev Xocavənd ictimaiyyətinin nümayəndələri ilə görüşüb - VİDEO

Ermənilər Şuşanı itirdiklərinə görə o qədər sarsılmadılar, nəinki Hadrutdan məhrum olanda. Hərçənd hər ikisi keçmiş Dağlıq Qarabağın şəhərləridir. Lakin Paşinyan da etiraf edir ki, Şuşa azərbaycanlıların şəhəridir və qayıdış gec-tez baş verəcəkdi. Hadruta gəldikdə, ermənilər özlərini inandırmışdılar ki, bura şəksiz ermənilərə məxsusdur. Axı, Hadrut keçmiş “Dağlıq Qarabağ”ın qapısıdır, erməni vandallar zənn edirdilər ki, Azərbaycan əsgəri heç vaxt o qapıya yaxınlaşa bilməz...Şokun səbəbi budur!

Ali Baş Komandandan sitat: “Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi. Ermənistan rəhbərliyi və ictimaiyyəti gördü ki, Azərbaycan üçün bütün torpaqlar doğmadır – istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq”.

Budur, qalib ordunun komandanı zəfərimizdən sonra ikinci dəfə Xocavəndə, Hadruta, Tuğa səfər edir, yollar tikilir, bu ünvanda ilk dəfə məscidin təməli qoyulur!

Yeri gəlmişkən, dövlət başçısı Xocavənd səfərində ermənilərin özlərini “hay”, ölkələrini “Hayastan” adlandırdığını söylədi və tarixçilərimizə incə mesaj verdi. Məncə, bunlar həm də erməni və hayların fərqinin sübutu istiqamətində araşdırmaların aparılması zərurətindən irəli gələn fikirlərdir. Ölkə başçısı heç zaman əsassız fikir söyləmir, xüsusilə də ermənilərlə bağlı danışanda bir çox arqumentlərə, dəlil-sübutlara istinad edir, məkrli düşməni yaxşı tanıdığı üçün...

Prezidentin fikirləri həm də onu təlqin edir ki, ermənilər və haylar arasında fərqin olduğunu, nəhayət ki, beynəlxalq aləmə, həm də ermənilərin özlərinə anlatmaq gərəkdir. Qarabağ və Ermənistan erməniləri arasında gərginlikləri vaxtaşırı müşahidə edirik, bu isə təsadüf ola bilməz. Tarixi fakta istinad edək: 1836-cı ildə Çar Rusiyanın dəstəyi nəticəsində Azərbaycandakı Alban Patriarx kilsəsi ləğv edildi və onun əmlakı erməni kilsəsinə verildi, bununla da qədim Albaniya dövlətinin Qarabağ bölgəsində yerli əhalinin qriqoryanlaşdırılması, erməniləşdirilməsi prosesi başladıldı! Erməniləşmə prosesinin əsasını Pyotr qoysa da, 1-ci Nikolay da öz “töhfəsini” vermişdi: 1828-ci il fərmanı ilə Naxçıvan və İrəvan xanlığını ləğv edərək, əvəzində rus hakimləri tərəfindən (!) idarə olunan “Erməni vilayəti”ni yaratmaqla!

Görün, “maşa” ermənilər üçün nə qədər çabalar göstərilib bu 300 ildə! Hətta rus tarixçi V.Veliçkonun da etirafı var. Sitat: “Səhvən erməni adlandırılan, əslində isə erməni-qriqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi”. Erməni araşdırmaçı V.İşxanyan “Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli əhali olub, qədim Alban xalqının nəsillərini, bir qismi isə Türkiyə və İrandan qaçmış, Azərbaycan torpaqlarıda təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir”, yazırdı. Erməni yazır e! Bir qismi alban, bir qismi də Azərbaycana qaçmış erməni... Bəs, hanı “qədim erməni əhali?” Yoxdur! Bunu erməni tədqiqatçı belə təsdiqləyir! Bu münvalla Hadrutla bağlı sərsəm iddialar da sabun köpüyündən başqa bir şey deyil, əksini düşünürlərsə, ortaya fakt qoysunlar!

Əslində erməni vandallar bu torpaqlarda qonaq olduqlarını da bilməmiş deyildilər. Necə ki, Prezident söylədi: “Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib. Bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı”. Sonuncu ifadələr ermənilərin öz aralarında haqq-hesab çürütməsi üçün də kifayət qədər ipucu verəcək, heç şübhəsiz. Qarabağda kifli ideologiyanın güdazına getmiş nimdaş qaloşlu ermənilər günün birində milyonları “həzm-rabe”dən keçirənlərin yaxasından yapışacaq. Sitat: “Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur”. Söhbət milyardların talanmasından gedir. Bu gün Xankəndidə yaşayan erməni azərbaycanlının həyətində belə, işləməyə hazırdır, hadrutlu ermənisə İrəvanda acından qarnını qucaqlayıb. Yəqin bir gün ayılacaqlar, “hanı sizin vəd etdikləriniz”, deyib də quldurlardan cavab istəyəcəklər. Bunlar hətta keçmiş “Dağlıq Qarabağ” ərazisində də pul xərcləməyiblər, ola bilsin haylar – hayastanlılar - erməniləri, Qarabağdakı bir ovuc əhalini özlərindən saymayıblar, ona görə də yeyiblər, dağıdıblar, təkcə Azərbaycanın yeraltı, yerüstü sərvətlərini deyil, həm də erməni diasporunun yolladığı yardımları! Əsl gəmirici xisləti! Hər halda ermənilər hamısı ağılsız deyil, azad olunmasının birinci ildönümündə dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yollarının çəkilməsinə, “Hadrut” yarımstansiyasının tikintisinə yana-yana baxıb, digər “yan”lara sual edəcəklər: Ara, hanı, milyardlar?! Siz nə tikdiniz?!

Azərbaycan dövləti uğurlu siyasəti ilə Ermənistandakı hakimiyyət dəyişikliyinə nail olduğu kimi, haylarla ermənilərin də bir-biri ilə haqq-hesab çürütməsinə nail olacaq, canilər heç darıxmasınlar...Ermənilər hüquqlarının qorunması üçün Azərbaycan dövlətinə müraciət etsələr, uduzmazlar, hətta qazanarlar da. Vaxtında anlamayıblar, səhv ediblər, amma tövbə qapısı həmişə açıqdır...

Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə  səfər edib - FOTOLAR | "Nuhçıxan" İnformasiya Agentliyi

Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə də vurğuladı ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Sitat: “Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi”. Dövlət başçısı da etiraf etdi ki, Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir. Yəni baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olub və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, düşmən Hadrutda dirəniş göstərdi, bununla belə, Azərbaycanın əsgər və zabitləri zəfər qazandı.

Prezidentin də dediyi kimi, Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu Azərbaycan Ordusunun Cəbrayıldan sonra Hadrut istiqamətində irəliləyəcəyini gözləmirdi. Düşünürdülər ki, azərbaycanlılar Füzuli istiqamətinə gedəcəklər. Prezidentdən sitat: “Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik”.

 Adətən, Azərbaycan ordusunun Şuşa əməliyyatından danışılır, hətta dünyanın aparıcı hərbi mərkəzləri, paytaxtları unikal əməliyyatın sirlərini öyrənir və hansısa məqamda özləri üçün tətbiqi barədə fikirlər yürüdürlər. Amma dağlar arasında qərar tutmuş Hadrut əməliyyatından da öyrəniləsi çox şeylər var, hələ zaman keçdikcə, çox sirrlər açılacaq, faktlar deyiləcək. Qoy öyrənsinlər, ondan sonra dərk etsinlər ki, “Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur”, “Qarabağ problemi heç vaxt hərbi yolla həll edilə bilməz” deməklə nə qədər səhvə yol veriblər. Əslində bununla Azərbaycanın başının altına yastıq qoymaq istəyirdi o mərkəzlər, vasitəçilər, “sülh nağılı” uyduranlar...

 Hadrutun itirildiyini həzm edə bilməyən düşmən ölkə sonadək öz xalqına döyüşlərlə bağlı yalan məlumat verirdi, dövlətimizin başçısı da bu barədə danışdı. Ancaq Ermənistan və onun havadarları Hadrutun itirilməsi ilə barışmaq istəmədiyi üçün buraya diversiya dəstəsi, terrorçular göndərdilər, üçtərəfli anlaşmanın imzalanmasından azı üç həftə sonra, dekabrın ortalarında. 62 erməni diversantın Laçın dəhlizindən, Rusiya sülhməramlılarının yanından (!) keçərək, silahlı halda Hadruta daxil olması məhkəmədə də təsdiqləndi. Qəhrəman əsgərimiz 4 azərbaycanlını qətlə yetirən həmin terrorçu qruplaşmanı zərərsizləşdirdi və ədalət məhkəməsi sözünü dedi. Uzun illər boyunca Azərbaycan sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, dünyanı ədalətli olmağa çağırdı, dünyanın erməniləri “maşa” gözündə görən kəsimi isə 30 il ərzində susduğu halda, indi Qobustan həbsxanasında cəzasını çəkən erməni terrorçularını “məsum” göstərib, onların azadlığına çalışır. Ancaq dövlət başçımızın Hadrutda nümayiş etdirdiyi qətiyyətli mövqe bir daha əminlik yaradır ki, hansısa mərkəzlərin oyunları keçməyəcək, Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə, dalğalanacaq, çox tezliklə Xankəndi, Xocavənddə - Azərbaycan qanunları çərçivəsində - yaşamaq istəyən ermənilərin də başının üstündən asılacaq!

Elşad PAŞASOY

Musavat.com