Saat:05:30
Haqqımızda

Hadisə şəxsi həyatından danışdı - “8-9 aydır...”

2024-07-20 20:29:25

Hadisə şəxsi həyatından danışdı - “8-9 aydır...”

Türkiyəli müğənni Hadisə ötən gün İstanbulda konsert proqramı ilə çıxış edib.

Sənətçi onu dinləməyə gələn tamaşaçılara şəxsi həyatı barədə danışıb.

Hadisə uzun müddətdir həyatında heç kimin olmadığını bildirib:

“Son zamanlar mənə bu sual ünvanlanır, “Hadisə, çox dəyişmisən, həyatında yeni bir sevgi var?” Bir qadının gülüşü, enerjisi və ya saçının rəngi, çəkisindəki dəyişimlər niyə kişi ilə əlaqələndirilir? Son 8-9 aydır özümlə çox xoşbəxt olduğu görürəm. Təkbaşına xoşbəxtəm, özümü çox sevirəm”.

Qeyd edək ki, Hadisə 2022-ci ilin aprel ayında iş adamı Mehmet Dinçerler ilə səssizcə evlənmişdi. Lakin bu evlilik 4 ay çəkib. Daha sonra sənətçinin adı iş adamı Mert Ayaydın, komediya ustası Hasan Can Kaya, aşpaz Gürkan Topçu və futbolçu Lukas Torreyra ilə hallanıb. \\Redaktor.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.243204