Hacıyev Ermənistanla normallaşma prosesindən danışdı

2022-08-27 15:16:00

Hacıyev Ermənistanla normallaşma prosesindən danışdı

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına prosesi, ilk növbədə, ikitərəfli prosesdir. Prosesin də irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, asanlaşdırıcı addımlara ehtiyac var.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqı, o cümlədən Rusiya tərəfindən ikitərəfli əsasda buna müəyyən cəhdlər göstərilir, imkanlar təqdim edilir:

“Azərbaycan da bunda maraqlıdır. Gündəlikdə duran məsələlər sülh müqaviləsi, delimitasiya, nəqliyyat, itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərdir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir. Prezident İlham Əliyev Basqaldakı çıxışında bu məsələləri xüsusilə vurğulayıb”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053542