Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldı - YENİLƏNİB

2022-05-12 10:14:00

Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldı - YENİLƏNİB

Hacıqabulda sükan arxasında ölən sürücünün adı məlum olub.

Hurriyyet.az-ın Lent.az-a istinadən məlumatına görə, mayın 12-i saat 02:20-də yolun kənarında dayanan “Mercedes Axor” markalı yük avtomobilinin sürücüsü sükan arxasında qəflətən dünyasını dəyişib. 

Araşdırmalarla onun 65 yaşlı Əhmədov Nadir Vəliəhəd oğlu olması müəyyənləşib.

Məlum olub ki, N.Əhmədov sükan arxasında kəskin ürək çatışmazlığından vəfat edib.

***

Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya