Hacıbala Abutalıbov üçün əziz gün
.jpg)
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun ad günüdür. Bu gün eks-merin 79 yaşı tamam olur.
Hurriyyet.az xəbər verir ki, H. Abutalıbov 14 may 1944-cü ildə Türkmənistan SSR-in Krasnovodsk şəhərində anadan olub.
O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan olan H. Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.
Daha sonra o, 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər bir il müddətində Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
H. Abutalıbovun karyera yüksəlişi də məhz bundan sonra başlayıb. Belə ki, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə o, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 17 il paytaxt meri vəzifəsində çalışan H. Abutalıbov 21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilib. 21 oktyabr 2019-cu ildə bu vəzifəni də itirən H. Abutalıbov hazırda hakim Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvüdür. Sabiq mer ailəlidir, iki oğlu var.
yenisabah.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya