Saat:14:12
Haqqımızda

Hacı Şahinin yerinə o təyin olundu

2023-05-02 11:32:00

Hacı Şahinin yerinə o təyin olundu

"Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib".

Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq.

“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”, - M.Qurbanlı əlavə edib.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib.


Load Time (S) : 0.747329