Hacı Şahin Ayın görünməsi məsələsinə aydınlıq gətirdi - VİDEO

2022-05-03 13:44:00

Hacı Şahin Ayın görünməsi məsələsinə aydınlıq gətirdi - VİDEO

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Ayın görünməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Hurriyyet.az xəbər verir ki, onun sözlərinə görə, dinimizdə Ayın görünməsi əsas şərt hesab olunur:

“Bayram Ayın görünməsi ilə məlum olur. Quranda da qeyd olunur ki, Ayı görənə qədər oruc tutun. Yəni Ayı müşahidə etdikdən sonra oruc oluruq və yaxud da orucumuzu açıb, bayramı qeyd edirik. Bu dinimizin qaydalarıdır. Bu məsələlər hazırda elmi görüşlər və dini baxışlarla birgə tənzimlənir.

Ayın görünməsi ilə bağlı öncədən qəti bir şey demək olmur. Çünki bəzən hava şəraiti və s. amillər Ayın müşahidə edilməsinə mane ola bilər. Ona görə də bunlar ehtimallar əsasında deyilir. Birmənalı şəkildə deməliyəm ki, bu məsələdə hansısa siyasi çalar yoxdur. Bu məsələni siyasiləşdirmək kökündən yanlışdır. Bu, şəriət məsələsidir”.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya