Saat:18:53
Haqqımızda

Hacı Ramazan necə “tenderlər kralı”na çevrildi?

2021-09-21 09:09:00

Hacı Ramazan necə “tenderlər kralı”na çevrildi?

 

Ramazan Mirzəyevin dövlətin yüz milyonlarla manat vəsaitini talan etməsi haqda şok faktlar…

Azərbaycan mətbuatının “tenderlər kralı" kimi təqdim etdiyi Hacı Ramazan Mirzəyev barəsində “Hürriyyət”in redaksiyasına sensasion faktlar daxil olub. Dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, söhbət şou-biznesdə müğənni Şəbnəm Tovuzlu ilə birgə adı hallanan məşhur Hacı Ramazandan gedir.

Qeyd edək ki, Hacı Ramazan Mirzəyevin tender maxinasiyaları ilə bağlı mətbuatda çoxsaylı faktlar mövcuddur. Məsələn, təkcə 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”,”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin Ramazan Mirzəyevə bağlı olması iddia olunur.

“Hürriyyət”ə müraciət edən Bakı şəhər sakini Əkbərov Arif Niftulla oğlu Hacı Ramazana məxsus olan daha bir şirkətin "VEST-LTD” MMC-nin milyonluq maxinasiyaları haqda redakskiyamıza sənədlər təqdim edib. Hansı ki, bu sənədləri araşdırdıqda "VEST-LTD” MMC-nin əlil ilə dövlət büdcəsindən oğurlanan milyonlar haqda yetərli informasiyalar əldə etmək olur. Üstəlik, bu sənədlərin hər birində Hacı Ramazan Mirzəyevə “krışa”lıq edən məmurların kimliyi və onların çirkli işbirliyi haqda da kifayət qədər faktlar mövcuddur.

Odur ki, “Hürriyyət”in növbəti sayından etibarən Hacı Ramazanın necə “tenderlər kralı” olması və onun hansı məmurlarla əlbir olaraq dövlətin milyonlarla, bəlkə də yüz milyonlarla manat vəsaitini talan etməsinə sənədlərlə aydınlıq gətirəcəyik. Bizi izləyin.

“Hürriyyət”

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR