Saat:07:27
Haqqımızda

Hacı Qalib Salahzadə: “Çoxu deyir, seçki nəyə lazımdır, onsuz da…”

2024-02-03 14:45:53

Hacı Qalib Salahzadə: “Çoxu deyir, seçki nəyə lazımdır, onsuz da…”

“Başqa yerlərdə bilmirəm necədir, amma Bilgəhdə seçkilərlə bağlı görülən işlər qaydasındadır. Ümumiyyətlə, Bakı camaatı bir nəfər kimi, hamısı İlham Əliyevi dəstəkləyir”.

Bu sözləri sabiq deputat, Bilgəh kəndinin ağsaqqalı Hacı Qalib Salahzadə deyib.

Onun sözlərinə görə, bakılılar digər namizədləri tanımaq belə istəmirlər:

“Cənab prezidenti kim əvəz edə bilər ki?! Axı elə bir alternativ yoxdur! Ona görə də, bakılılar İlham Əliyevə səs verəcək. Hətta çoxu deyir ki, seçkilər nəyə lazımdır, onsuz da biz prezidentimizi seçmişik. Amma yenə də hər kəs ölkə başçısını dəstəkləmək üçün seçkilərdə iştirak edəcək. Prezident İlham Əliyev elə tarix yazdı ki, heç kim o tarixi artıq yaza bilməz! Onun güclü siyasəti nəticəsində əsgərlərimiz döyüşüb, torpaqlarımızı işğaldan azad etdi. Bunu danmaq olmaz! Xaricdə oturan bəzi söyüş söyənlər də bunu dərk etməlidir artıq. Elin gözü tərəzidir. Xalqımız yaxşı bilir ki, ölkə başçımız olmasa, torpaqlarımız hələ də işğalda qalardı”.

Q.Salahzadə deyib ki, İlham Əliyev güclü olması ilə yanaşı, həm də olduqca savadlıdır:

“O, Qarabağı azad etmək üçün illərini sərf edib. Adamın sözünün qarşısında söz deyən yoxdur. AŞPA, Almaniya, Fransa, ABŞ hansı mənasız addım atırsa, cənab prezident dərhal cavablarını verib, onlara yerini göstərir. Onun verdiyi cavablar camaatın da ürəyincə olur. Hər adam ermənilərə xidmət edənlərə cavab verməyi bacarmır. Biz də bu halları görüb, əminliklə səsimizi İlham Əliyevə verəcəyimizi deyirik! Allah prezidentimizi, xalqımızı, millətimizi qorusun!”

Globalinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.153040