Hacı Qalib: “Həcc ziyarətinə gedə bilmirəm, icazə verilmir”

2022-05-25 21:14:00

Hacı Qalib: “Həcc ziyarətinə gedə bilmirəm, icazə verilmir”

“Bu il Ümrəyə gedəcəyəm, təxminən noyabr, dekabr aylarına təsadüf edəcək. Həcc ziyarətinə gəldikdə isə, mənim yaşımda olan insanlara artıq icazə verilmir deyə gedə bilmirəm. 65 yaşdan yuxarı olan adamları Ümrəyə qoyurlar, ancaq Kəbənin özünə yox. Ümrə özü də elə kiçik Həcc ziyarəti hesab olunur”.

 
Hurriyyet.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə bildirib.
 
O qeyd edib ki, 1990-cı ildən başlayaraq hər il Həcc ziyarətinə gedib: “İki dəfə də Kəbənin içərisində olmuşam. İndi də artıq icazə verilmədiyinə görə ora getmək olmur. Yəni bu, yalnız mənə  deyil, 65 yaşdan yuxarı olan insanlara olan qadağadır. Ümrəyə gəldikdə isə o, Həcc ziyarətindən aşağı hesab olunur. Burada da Həcc ziyarətində olan bütün əməllər icra olunur, Ərafatdan başqa. Allah nəsib edərsə, bu il də ora 5-6 dostumla getməyi planlaşdırıram.”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya