Saat:07:21
Haqqımızda

Hacı İlqar sərbəst buraxıldı və görün nələr dedi?

2021-10-20 09:24:00

Hacı İlqar sərbəst buraxıldı və görün nələr dedi?

Dünən axşam saatlarında həbs edilən Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, İçərişəhər cümə məscidinin imam-camaatı, həftəlik "Dəyərlər " qəzetinin və həftəlik AİN portalının baş redaktoru Hacı İlqar İbrahimoğlu azadlığa buraxılıb.

Hurriyyet.az xəbər verir ki, o, bununla bağlı öz Facebook səhifəsində canlı yayım açıb.

Hacı İlqar bunları deyib: "Hazırda sərbəst buraxıldım. Çox üzr istəyirəm ki, gecənin bu vaxtı sizi narahat edirəm. Çünki bilirəm ki, sizlər narahatsınız. Üzürlü bilin ki, bu vaxt sizləri canlı yayım vasitəsilə narahat edirəm. Hər birinizə təşəkkür edirəm, dualarınız üçün. Qısa bilgi verim, tam sərbəstəm.

Məni apardılar və şahid qismində dindirilmək üçün dəvət olunmuşam. Bir neçə saat ərzində maraqlandırılan suallara cavab olub. Bu müddətdə çox peşəkar davranış olub. Mənə ünvanlanan bütün suallardan sonra sərbəst buraxıldım. Onu deyim ki, bir neçə gün müddətdə mənə sosial şəbəkələrdən müraciət etməyin. Çünki texniki imkanım xidmətinizdə durmağa imkan verməyəcək. İnşallah, bir neçə gündən sonra xidmətinizdə durmaq imkanımız olacaq. Hər birinizə təşəkkür edirəm".

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR