Hacı Əli Behiştinin ittihamı məlum oldu - DÖVLƏTƏ XƏYANƏT

2023-04-11 11:24:00

Hacı Əli Behiştinin ittihamı məlum oldu - DÖVLƏTƏ XƏYANƏT

Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması barədə xəbər vermişdik.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, artıq ona ittiham elan olunub və barəsindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.173193