Haaretz yazır: İsrailin Ukraynaya humanitar və hərbi yardım göstərməsi mümkündür

2022-05-04 12:53:00

Haaretz yazır: İsrailin Ukraynaya humanitar və hərbi yardım göstərməsi mümkündür

İsrailin "Haaretz" nəşrinin yazdığına görə, İsrailin Ukraynaya humanitar və hərbi yardım göstərməsi mümkündür.
Nəşrin məlumatına görə, bu qərar Rusiya qoşunlarının Ukraynada dinc sakinlərə qarşı hərəkətləri ilə bağlı ola bilər.
"Haaretz" onu da yazır ki, yaxın günlərdə yüklərin göndərilməsi üçün məsul şəxslərin görüşü nəzərdə tutulub. KİV-in məlumatına görə, İsrail Ukraynaya “Dəmir günbəz” raketdən müdafiə sistemləri, dəbilqələr və zirehlər göndərə bilər. Nəşr həmçinin açıqlayır ki, İsrailin əksər rəsmiləri Ukraynaya hərbi və humanitar yardımların artırılması ideyasını dəstəkləyir.
Məlum olduğu kimi, son günlər Rusiya ilə İsrail arasında münasibətlər gərginləşib. Bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatlarından sonra baş verib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya