Saat:16:04
Haqqımızda

Gõygõldə sərxoş icra nümayəndəsi vətəndaşın avtomobilinə hücum edərək yararsız hala salıb-VİDEOFAKT

2022-07-19 20:09:00

Gõygõldə sərxoş icra nümayəndəsi vətəndaşın avtomobilinə hücum edərək yararsız hala salıb-VİDEOFAKT

Ölkədə dövlət qulluğu və məmur etikası haqqında qanunların mövcud olmasına baxmayaraq hələdə bəzi məmurlar var ki, vətəndaşlarla necə rəftar etməli olduğunu bilmir.
Belə dövlət məmurlarından biri də Balçılı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Abuzərov Alay Qədir oğludur.
Belə ki, 16.07.2022-ci il tarixdə Alay Abuzərov , Əliyev Taleh Famil oģluna məxsus olan Vaz 2107 markalı 10 EG 770 Dõvlət qeydiyyat nişanlı avtomobilə yava ilə hücum edərək onu yararsız hala salmişdır.
Bu haqda Dünyanınsəsi.Az saytına Əliyev Taleh Famil oģlu tərəfindən videofakt göndərilmişdir.
Fakta əsaslanıb qeyd edə bilərik ki, əhalinin sıx yaşadığı ərazidə gecə vaxtı əlində küt alətlə silahlanmış olan Balçılı Kəndinin kəndxudası vətəndaşa məxsus olan əmlakı qəsdən məhv etməklə yanaşı həm də xilqanlıq hərəkəti törətmişdir. Həm də rəzalət doğuran bir məsələnidə aidiyyatı dövlət qurumlarının nəzərinə çatdırmaq istəyirik ki, Balçılı kəndi əhalisinə görə Göygöl rayonun ən böyük kəndidir.Böyük ziyalı ordusu olan bu kəndə ” keyfli isgəndəri” kim Prezidentin səlahiyyətli nümayəndəsi təyin edib? Bu “kəndxuda” başa düşmürmü ki, onu bu vəzifəyə xalqa xidmət etməkdən ötrü təyin ediblər?
Şikayətçi DİN rəhbərliyindən faktla baģlı õlçü gõtûrülməsini xahiş edir.
Redaksiya olaraq inanırıq ki, baş verən hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılaraq vətəndaşa məxsus olan əmlakın qəsdən məhv edilməsi ilə bağlı qanunamüvafiq formada ölçü götürüləcəkdir.
Yuxarıda səsləndirilən faktla bağlı qarşı tərəfində söz haqqını tanıyırıq.

Şikayətçinin göndərmiş olduğu videofaktı təqdim edirik:

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR