Saat:08:20
Haqqımızda

Güzəştli mənzillər 35 saniyəyə satıldı

2024-12-06 11:47:47

Güzəştli mənzillər 35 saniyəyə satıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başa çatıb.

Hurriyyet.az Modern.az-a istinadla xəbər verir ki, mənzillər 35 saniyə müddətində satılıb.

Qeyd edək ki, bugünkü satış zamanı 544 mənzilin seçimində iştirak edənlərin sayı 4 176 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 228-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.