Saat:21:49
Haqqımızda

“Guya bir gün dərsə getməsələr, nə olacaq?”

2025-02-24 20:06:58

“Guya bir gün dərsə getməsələr, nə olacaq?”

Elm və Təhsil Nazirliyinin məktəblərdə tədris prosesinin ənənəvi qaydada davam etdirilməsi ilə bağlı qərarı hələ də müzakirə edilir. Xüsusilə valideynlər bununla bağlı narazılıq edir, hətta nazirliyin qərarına rəğmən, uşaqları dərsə göndərmədiklərini bildirirlər. 

Globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov deyib ki, qarlı-şaxtalı havada, xüsusilə də dağ yerlərində uşaqların məktəbə getməsini düzgün hesab etmir:

“Guya bir gün dərsə getməsələr, nə olacaq? Uşaqların xəstələnmə ehtimalını nəzərə almaq lazımdır. Belə havada onlara soyuq dəysə və ya buzlu yolda yıxılıb xəsarət alsalar, necə olacaq? Həmin şagirdlər ən azı bir həftə dərsə gedə bilməyəcəklər. Fikrimcə, övladlarımızın sağlamlığı daha önəmlidir”.

Qeyd edək ki, bu gün bəzi universitetlər distant təhsilə keçsələr də, bu, məktəblərdə tətbiq edilməyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.132059