Gürcüstanla Türkiyə arasında əməkdaşlıq gücləndiriləcək
2025-11-25 18:00:38
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan ilə Türkiyə arasında dənizçilik sahəsində əməkdaşlıq gücləndiriləcək.
Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili Qara dəniz sektorunda Gürcüstan-Türkiyə əməkdaşlığını müzakirə etmək üçün Türkiyənin nəqliyyat və infrastrutur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.
Tərəflər hidroqrafik tədqiqatlar, birgə enerji layihələri, dənizçilik sektorunun rəqəmsallaşdırılması, eləcə də, Gürcüstanla Türkiyə arasında dəniz nəqliyyatı əlaqələrinin inkişafı sahəsində tərəfdaşlıq məsələlərini müzakirə etdilər.
Qara dəniz bölgəsində təhlükəsizliyin təmin edilməsinə və sabitliyin qorunması məsələsinə xüsusi diqqət yetirilib.
Hürr Tərcüman
