Gürcüstanın yeni xarici işlər naziri ilk səfərində Bakıya gələcək
2025-01-16 12:56:41
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün ilk rəsmi səfərində Azərbaycana gələcək. O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Bu barədə Gürcüstan XİN mətbuat xidməti məlumat verib.
Hürr Tərcüman
