Gürcüstanın yeni Baş naziri kim olacaq? İrakli, yoxsa İrakli?
2024-02-01 16:43:12
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının keçmiş sədri İrakli Kobaxidzenin ölkənin Baş naziri postuna namizədliyi irəli sürülüb.
Müvafiq qərar "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının növbədənkənar qurultayında qəbul edilib.
Xəbər verdiyimiz kimi, elə həmin qurultayda Gürcüstanın keçmiş Baş naziri (2013-2015 və 2021-2024-cü illərdə) İrakli Qaribaşvili yekdilliklə ölkənin hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri seçilib.
Qaribaşvili yanvarın 29-da Baş nazir vəzifəsindən istefa verib.
Hürr Tərcüman