Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan Vivamed klinikasına köçürülüb

2022-05-12 11:39:00

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan Vivamed klinikasına köçürülüb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rustavinin 12-ci cəzaçəkmə müəssisəsindən Vivamed klinikasına köçürülüb. Klinikaya bitişik əraziyə Xüsusi Penitensiar Xidmətin maşınları səfərbər edilib, ərazi hər iki tərəfdən sarı lentlə hasarlanıb. 
Ailə üzvlərinin və "Vahid Milli Hərəkat" üzvlərinin bildirdiyinə görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti son vaxtlar kəskin şəkildə pisləşib və onun düzgün müalicəyə ehtiyacı var. Mixail Saakaşvilinin anası Giuli Alasania hesab edir ki, Mixail Saakaşvili müalicə üçün xaricə aparılmalıdır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya