Gürcüstanın Qori rayonunun məntəqələrində bülletenlər yenidən sayılacaq
2024-11-05 12:03:41
Gürcüstanın Qori Rayon Məhkəməsi həmin rayondakı 15 seçki məntəqəsində etibarsız sayılmış bülletenlərin yenidən sayılmasına qərar verib.
Ölkənin Tetritskaro bələdiyyəsinin məhkəməsi iddianı təmin edib və Tsalka ilə Tetritskaro bələdiyyələrindəki 31 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyası Tetritskaro və Qori rayon məhkəmələrinin qərarından Apellyasiya Məhkəməsinə şikayət edəcəyi barədə bəyanat yayıb.
Ülviyyə, Hurriyyet.az