"Gürcüstanın mövcud hakimiyyəti son 2-3 ildə Qərbə çox "kəllə atdı"" - FUAD ÇIRAQOV

"Qərb isə heç bir şey etmədi, bəyanatlardan o tərəfə getmədi, etiraz kütləsini dəstəkləmədi, Ukrayna müharibəsi başlayandan faktiki müxalifətə dedi ki, bu məsələ bağlanana qədər oturun yerinizdə"
"Bəzən beynəlxalq münasibətlərdə və ya daxili siyasətlərdə aktorlar çox qeyri-rasional hesablanmamış addımlar atırlar. Bəzən deyirəm, amma baxırsan ki, çox tez-tez olur. Söhbət Gürcüstandan gedir. Mixail Saakaşvili gəldi, insanlar qalxmadı. Çox ağır vəziyyətdə videoları, sağlamlığı ilə bağlı xəbərlər çıxdı, insanlar çıxmadı. Saakaşviliyə münasibət tam başqa mövzudur". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov qeyd edib.
Politoloqun sözlərinə görə, Gürcüstanın mövcud hakimiyyəti son 2-3 ildə Qərbə çox "kəllə atdı", Qərb heç bir şey etmədi, bəyanatlardan o tərəfə getmədi: "Etiraz kütləsini dəstəkləmədi. Ukrayna müharibəsi başlayandan faktiki müxalifətə dedi ki, bu məsələ bağlanana qədər oturun yerinizdə. Keçən ilin iyunundan faktiki heç bir etiraz aksiyası olmadı, siyasi səhnə gürcü siyasəti üçün tam anomal süst vəziyyətdə qaldı. Hakimiyyət bu vəziyyəti necə anladı bilmirəm, amma çıxardığı nəticə çox səhv oldu. Əgər sonuncu "xarici agent" haqqında qanunu qəbul etməsəydi, tam əminəm ki, azından Ukrayna müharibəsi bitənə qədər rahatca hakimiyyətdə qalacaqdılar".
Azərbaycandan fərqli olaraq Gürcüstan iqtisadiyyatının böyük hissəsinin donorlar və qrantlardan gəldiyini vurğulayan Fuad Çıraqov bildirib ki, bir çox beynəlxalq təşkilatların regional mərkəzləri buradadır: "Turizmdən başqa ölkəyə valyuta gətirəcək heç bir başqa sahə yoxdu və hansı hakimiyyət olursa-olsun, heç vaxt olmayacaq. Kiçik və gedikcə daralan daxili bazar, xammal resurslarının olmaması onu deməyə əsas verir ki, bu ölkədə heç vaxt böyük istehsal olmayacaq. Ən yaxşı halda daha super turizm, kazino və bankçılıq mərkəzi olacaq. Digər valyuta mənbəyi isə viza liberallaşdırılmasından sonra Avropaya axışan Gürcüstan vətəndaşlarının çalışıb ölkəyə göndərdikləri vəsaitlərdir. Hakimiyyət isə tutub bu üç əsas mənbədən birini bağlamağa çalışdı. Başqa sözlə, bu və ya digər formada əhalinin böyük hissəsinin cibinə girməyə çalışdı. Bu sektordan hər il ölkəyə külli miqdarda vəsait daxil olur, hər kəs - hotellər, restoranlar, bankçılıq, bütün digər növ xidmət sektorları faydalanır. Eləcə də bu sektor böyük dövlətlərin regional proyeksiyası və maraqları üçün mühüm əhəmiyyət kəsb edirdi. Ona görə belə qırmızı xətt oldu".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya