Gürcüstanda unikal şüşə körpü yaradıldı

2022-06-14 23:59:00

Gürcüstanda unikal şüşə körpü yaradıldı

Gürcüstanın paytaxtı Tiflisdən 90 km uzaqlıqda, Daşbaşı kanyonu üzərində 240 metrlik şüşə körpü açılıb.

Turistlər körpü üzərindən kanyonun bir tərəfindən digər tərəfinə keçə bilərlər.

Körpünün orta hissəsində brilliant formasında kafe-bar yaradılıb.

Layihənin maya dəyəri 45 milyon dollardır. Bu, Gürcüstanda eko-turizm sahəsində ən böyük investisiya sayılır. \\Nocomment.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya