Gürcüstanda türk-gürcü biznes forumu keçirilir

2022-06-10 13:25:00

Gürcüstanda türk-gürcü biznes forumu keçirilir

Gürcüstanda ilk dəfə olaraq “Çveneburebi” Türkiyə-Gürcüstan biznes forumu keçirilir. Tədbir çərçivəsində 100-dən çox türkiyəli sahibkar, potensial investor, Türkiyənin müxtəlif bölgələrinin Ticarət və Sənaye Palatasının üzvləri, kənd təsərrüfatı, qida, yüngül sənaye, turizm və digər sahələrin nümayəndələri Gürcüstana gəliblər.
Forum Gürcüstan XİN və Türkiyədə yaşayan gürcü tarixi diasporunun iştirakı ilə keçirilir.
Gürcüstan XİN-in məlumatına görə, Türkiyə-Gürcüstan biznes forumunun məqsədi Gürcüstanın investisiya mühiti və iqtisadi imkanları barədə ölkənin işgüzar dairələrini məlumatlandırmaq, o cümlədən investisiya cəlb etmək və Türkiyədə yaşayan gürcü diasporunun dəstəyi ilə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığı genişləndirməkdir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya