Saat:06:23
Haqqımızda

Gürcüstanda qanun çəkişməsi: Prezidentin vetosu ləğv ediləcək?

2024-05-15 20:08:04

Gürcüstanda qanun çəkişməsi: Prezidentin vetosu ləğv ediləcək?

Xəbər verdiyimiz kimi, Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qalmaqallı qanun layihəsini üçüncü və sonuncu oxunuşunu qəbul edib.

Qanun layihəsini qəti şəkildə rədd edən Gürcüstan xalqının etirazları 3 həftəyə yaxındır ki, davam edir.

Hazırda sözügedən qanun layihəsi prezident Salome Zurabişvilinin təsdiqini gözləyir. Zurabişvili isə açıq şəkildə qanun layihəsinə veto qoyacağını bildirib. Lakin onun qərarı hakim “Gürcü arzusu” partiyası və onun müttəfiqlərinin nəzarətində olan parlamentdə növbəti səsvermə ilə ləğv edilə bilər.

Beləliklə, 150 deputatdan 84-nün lehinə səs verdiyi qanun layihəsi qəbul edilib. Qanun layihəsinin qəbuluna az qalmış parlamentdə olan müxalif “Vahid Milli Hərəkat” və hakim “Gürcü Arzusu” partiyalarından olan deputatlar arasında qarşıdurma yaranıb.

Etirazçılar isə Tbilisi küçələrində həftələrdir davam edən aksiyalarda “Xarici agentlər haqqında” qanun layihəsinin Rusiya qanunu olduğunu bildiriblər. Onlar bununla ölkənin NATO və Avropa İttifaqına namizədliyini riskə atdığını iddia edirlər. \\BakuPost

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000106