Saat:13:27
Haqqımızda

Gürcüstanda Prezidentlə Baş nazir arasında gərginlik – parlamentdəki çıxışını “cəfəngiyyat” adlandırdı

2022-06-22 21:45:00

Gürcüstanda Prezidentlə Baş nazir arasında gərginlik – parlamentdəki çıxışını “cəfəngiyyat” adlandırdı

Hurriyyet.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabaşvili Baş nazir İrakli Qaribaşvilinin parlamentdəki çıxışını tənqid edib.

Onun sözlərinə görə, bu, “absurd və təhqiredici” çıxış olub.

“Sputnik Gürcüstan” agentliyi Prezident Zurabaşvilinin sözlərini sitat gətirib: “Onlar (Avropa İttifaqı – red.) gözləyirdilər ki, bizim tövsiyələri oxumaq və öhdəlikləri ilin sonuna qədər yerinə yetirməyə hazır olduğumuzu ifadə edən siyasi istəyimiz səsləndirilsin. Lakin Qaribaşvilinin parlamentdə söylədikləri hamını çaş-baş qoyub”.

Gürcüstanın dövlət və hökumət başçıları arasında Qərb məsələsi ilə bağlı gərginlik son dövrdə xüsusilə artıb. Xəbər verdiyimiz kimi, bu yaxınlarda Gürcüstan Prezidenti Salome Zurabaşvili ölkəsinə Avropa İttifaqına namizədlik statusu verilməsinə nail olmaq üçün Polşa, Ukrayna və Fransaya səfər eləmək istəsə də, İrakli Qaribaşvilinin rəhbərlik elədiyi hökumət bu təklifə rədd cavabı verərək, buna imkan verməmişdi.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR