Gürcüstanda hakim partiya Prezidenti devirmək istəyir, Saakaşvilinin adı hallanır

Qonşu ölkədə hökumət böhranı
Hurriyyet.az “Gruzia onlayn” portalına istinadla xəbər verir ki, “Gürcü arzusu” partiyasının lideri İrakli Kobaxidze Gürcüstan Prezidenti Salome Zurabişvilinin eks-prezident Mixail Saakaşvilini əfv etməsinin, “dövlət başçısının dövlət maraqlarını öz kürsüsünə dəyişdiyi” demək olacağını bəyan edib.
Hakim partiyanın sədri Kobaxidze Prezident Zurabişvilinin impiçmentinin – hakim partiya üçün – məğlubiyyətsiz olyun olacağını da qeyd edib: “Salome Zurabişvili ilə müxalifətin alyansı meydana çıxacaq: müxalifət özünün Konstitusiyaya qarşı zor tətbiq edən qüvvə olduğunu bir daha təsdiqləyəcək.
2012-ci ilə qədər onların Gürcüstan Konstitusiyasından necə sui-istifadə etdiklərini xatırlayırsınız. İndi isə onlar bunu artıq müxalifətdə ikən edirlər. Müvafiq olaraq, biz də bunu aşkar edib meydana çıxaracağıq.
Bu impiçment – bizim üçün tam məğlubiyyətsiz oyundur. İmpiçmentlə bağlı Konstitusiya ittihamının hazırlanmasında şəxsən özüm iştirak edirəm”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya