Gürcüstanda 382 “xarici agent” qeydiyyatdan keçib
2024-12-18 11:53:45

Gürcüstanda hazırda könüllü müraciət etmiş təşkilatların qeydiyyatı aparılır. Belə ki, artıq 382 “xarici agent” qeydiyyatdan keçib.
Xaricdən maliyyələşən 476 QHT və KİV qanunvericiliklə müəyyən edilmiş müddətdə könüllü olaraq qeydiyyatdan keçmək üçün müraciət edib.
16 media qurumu və 120 QHT qeydiyyatdan imtina edir. Onlar bu qanundan Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
Ülviyyə, Hurriyyet.az
