"Gürcüstana qarşı beynəlxalq plan qurulub"
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinə qarşı beynəlxalq sövdələşmənin olduğunu bəyan edib və Gürcüstanın qəsdinə duranların ölkədəki radikal müxalifətin sponsorları olduğunu bildirib.
Kobaxidze bu açıqlamanı Nyu-Yorkda keçirilən mətbuat konfransında verib. Bəlli olduğu kimi hazırda bu şəhərdə BMT Baş Assambleyasının sessiyası keçirilir.
Kobaxidze deyib: "Radikal müxalifətin himayədarları gürcü xalqını bircə səbəbdən cəzalandırmaq istəyirlər: gürcü xalqı "Gürcüstan arzusu"nu möhkəm dəstəkləyir və radikal müxalifətdən, "Milli hərəkat" kollektivindən imtina edir.
Baş nazir radikal müxalifətin sponsorlarının "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvilinin simasında gürcü xalqını cəzalandırmağa çalışdıqlarını əlavə edib.
Hürr Tərcüman