Gürcüstan XİN: "Rusiya öz qoşunlarını Osetiyadan çıxarmalıdır"
2022-05-09 17:07:00

Gürcüstan Cənubi Osetiyadakı prezident seçkilərini pislədi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Gürcüstan hökuməti Cənubi Osetiyada – Tsxinval bölgəsində keçirilən qondarma “prezident” seçkilərini pisləyib.
Gürcüstan XİN qondarma Cənubi Osetiya respublikasında keçirilən səsvermənin qanuni əsasının və qüvvəsinin olmadığını bəyan edib.
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını öz qoşunlarını qanunsuz şəkildə yerləşdirdiyi Cənubi Osetiyadan çıxarmağa çağırıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya