Saat:20:53
Haqqımızda

Gürcüstan, Ukrayna və Moldova rəsmiləri Brüsseldə Avropa İttifaqı başçıları ilə görüşəcək

2021-11-30 15:38:00

Gürcüstan, Ukrayna və Moldova rəsmiləri Brüsseldə Avropa İttifaqı başçıları ilə görüşəcək

Gürcüstan, Ukrayna və Moldovanın baş nazirləri - İrakli Qaribaşvili, Denis Şmıqal və Natalya Qavrilitsa bu gün Brüsseldə “assosiasiyalaşmış üçlük” formatında danışıqlar aparacaqlar.
Moldova hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, “dövlətlər arasında tərəfdaşlıq əlaqələrinin inkişaf imkanları, Avropa İttifaqı ilə dialoqun təşviqi və Avropa gündəmində əldə olunan nailiyyətlər müzakirə olunacaq”.
“Sonra “Assosiasiyalaşmış Üçlük” ölkələrinin baş nazirləri Aİ Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri David Sassoli ilə görüşəcək”, deyə məlumatda deyilir. 

Ülviyyə, Hurriyyet.az
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR