Gürcüstan Rusiyanın təklifini RƏDD ETDİ

2023-05-15 19:58:00

Gürcüstan Rusiyanın təklifini RƏDD ETDİ

Gürcüstan Rusiya ilə dəmir yolu əlaqələrini bərpa etməyi düşünmür.

Hurriyyet.Az xəbər verir ki, bunu hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. O bildirib ki, Gürcüstan Rusiya ilə dəmir yolu əlaqəsini bərpa etməyəcək.

“Bizim tərəfimizdən istənilən qərar milli maraqlarımıza cavab verən prinsiplərə uyğun qəbul edilir.

Bu gün bu məsələ gündəmdə deyil, ona görə də onun yenilənməsini düzgün hesab etmirəm”, – deyə Kobaxidze bildirib.

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Abxaziya müharibəsindən sonra Gürcüstanla Rusiya Federasiyası arasında dəmir yolu əlaqəsi yoxdur. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178126