Gürcüstan "Rotşildlər"in regional layihəsinin "açar nöqtəsi"nə çevrilir

2022-04-21 17:42:00

Gürcüstan

Dünyanın ən böyük maliyyə qruplarından biri olan “Rothschild & Co” Gürcüstanı çoxfunksiyalı regional mərkəzə çevirmək üçün strategiya hazırlayıb və ilkin sənədi ölkənin baş nazirinə təqdim edib.
Bu barədə dünən Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Strategiyanın əsas prioritetləri birbaşa xarici investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, müasir maliyyə və texnoloji innovasiyaların tətbiqi, ölkədə güclü maliyyə mərkəzlərinin inkişafına kömək etmək və kapital bazarının inkişafıdır.
“Sənədin işçi variantını bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə şirkətin idarəedici direktoru Arielle Malard de Rotşild təqdim edib. Strategiya Gürcüstanı çoxfunksiyalı regional mərkəzə çevirməyə kömək edəcək konkret layihələri və addımları özündə əks etdirir”, - deyə məlumatda bildirilir.
Baş nazir Gürcüstan hökumətinin Strategiyada nəzərdə tutulan layihələri səmərəli və ən qısa müddətdə həyata keçirməyə tam hazır olduğunu bir daha təsdiqləyib.
Xatırladaq ki, 2021-ci ilin sonunda Brüsseldə Gürcüstan hökuməti ilə şirkətin idarəedici direktoru arasında Gürcüstanın maliyyə mərkəzinə çevrilməsinə dair razılaşma rəsmiləşdirilib.
Onu da qeyd edək ki, Qaribaşvili bir müddət əvvəl Gürcüstanda xüsusi maliyyə zonalarının yaradılması planlarından danışıb. Orada xarici şirkətlərə xüsusi vergi rejimi tətbiq olunacaq. Bu xüsusi maliyyə zonalarından birinin Tiflis dənizi, digərinin isə Batumi yaxınlığında salınması planlaşdırılır.

Ülviyyə, Hurriyyet.az

 

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya