Saat:17:10
Haqqımızda

Gürcüstan Prezidentinin Polşa, Ukrayna və Fransaya getmək istəyinə rədd cavabı verildi – ölkədə ikitirəlik var?

2022-06-10 19:58:00

Gürcüstan Prezidentinin Polşa, Ukrayna və Fransaya getmək istəyinə rədd cavabı verildi – ölkədə ikitirəlik var?

Gürcüstan tərəddüd içərisindədir?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, hazırda Brüsseldə səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinə Avropa İttifaqı üzvlüyünə namizədlik statusunun verilməsi üçün Polşa, Ukrayna və Fransaya səfər eləmək istəsə də, Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik elədiyi Gürcüstan hökuməti buna razılıq verməyib.

Zurabişvili televiziya ilə müraciətində deyib: “Mən Fransa, Polşa və hətta Ukraynaya səfər eləmək istəyirdim. Bəlli olduğu kimi, biz də Ukrayna kimi üzv olmaq istəyirik və bu ölkəyə minnətdar olmalıyıq – onun sayəsində Aİ üzvlüyünə namizədlik statusunun verilməsi prosesi sürətləndirilib. Lakin mənim bu səfəri etməyimə icazə vermədilər – rədd cavabı aldım... Mənə dedilər ki, namizəd statusunun alınması prosesinin dəstəklənməsi üçün hökumət artıq əlindən gələn hər şeyi edib”.

Zurabişvili Avropa Parlamentinin Gürcüstanda mətbuatın vəziyyəti ilə bağlı qətnaməsindən də danışıb. Həmin qətnamədə hakim “Gürcüstan arzusu” partiyasının əsasını qoymuş Bidzina İvanaşviliyə qarşı fərdi sanksiyalar qoymaq və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə  “Mtavari arxi” müxalifət telekanalının keçmiş baş direktoru Nika Qvaramiyanı azad eləmək çağırışları edilib.

Prezident bildirib ki, Gürcüstanın gələcəyini yalnız Avropa ilə birgə təsəvvür edir və bu perspektivi heç nəyə qurban vermək olmaz.

Xəbər verdiyimiz kimi, bu günlərdə Gürcüstan hökuməti ölkə prezidentinin səfirlərin təyin edilməsi və işdən çıxarılması prosedurasında səlahiyyət məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət eləmişdi.

 

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR