Gürcüstan Prezidentinə qarşı impiçment başladıldı – vəzifəsindən kənarlaşdırıla bilər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Prezident Salome Zurabişvilinin hökumətin razılığını almadan Almaniya Federativ Respublikasına səfər etməsindən sonra ölkə prezidentinin Kontitusiyanı pozması ilə əlaqədar hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası tərəfindən impiçment prosesi başladılıb.
Lakin impiçment prosesinin tam yekunlaşması üçün 100 deputatın dəstəyi gərək olduğundan və radikal müxalifətin dəstəyini ala bilməyəcəklərini bilən iqtidar tərəfdarları prosesin istədikləri kimi nəticələnəcəyinə inanmırlar.
Hakim partiyanın sədri İrakli Kobaxidze Zurabişvilinin Almaniyaya səfər eləməklə ölkənin əsas qanununu kobud şəkildə pozduğunu bəyan edib.
Gürcüstan Prezidenti Avropa turnesinə ölkənin Avopa İttifaqına üzvlüyə namizədlik statusunu alması prosedurasın başladılması çərçivəsində çıxıb.
Mətbuatda yayılan informasiyaya görə, Avropa İttifaqı üzvlüyə namizədlik statusunun qarşılığında Gürcüstandan antirusiya sanksiyalarına qoşulmasını tələb edə bilər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya