Gürcüstan Prezidenti xalqa müraciət edəcək

2023-03-07 23:26:00

Gürcüstan Prezidenti xalqa müraciət edəcək

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə əhaliyə müraciət edəcək.

Müraciətin yaxın saatlarda baş tutacağı gözlənilir.

Həmçinin, Tbilisidəki mitinqlərə görə Gürcüstan Prezidentinin Nyu-Yorkdakı görüşləri ləğv edilib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Qarşıdurma “Ağmaşenebeli strategiyası” partiyasının deputatı Paata Mandjqalidzenin bəyanatından sonra başlayıb. Belə ki, P.Mandjqaladze keçirdiyi brifinqdə müxalifətin sona qədər, o cümlədən fiziki olaraq mübarizə aparacağını deyib. O, vətəndaşları parlamentə gəlməyə çağırıb.

Xatırladaq ki, parlament binasının önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar hazırda parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər. \\Ölkə.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.157591