Gürcüstan prezidenti futbola görə Türkiyəyə getdi
2025-10-14 20:42:06
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Türkiyəyə səfər edib.
Dövlət başçısını İstanbul hava limanında Türkiyənin xarici işlər nazirinin müavini qarşılayıb.
M.Kavelaşvili övladları ilə birgə Gürcüstan və Türkiyə futbol yığmaları arasında bugünkü oyunu izləyəcək.
Qeyd edək ki, qarşılaşma DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində baş tutacaq. \\APA
