Gürcüstan Prezidenti Azərbaycan və Ermənistan rəhbərliklərinə təşəkkür etdi
2025-05-23 12:11:35

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Kavelaşvili Qafqazda sülh və sabitliyin həlledici rol oynadığını söyləyib. Kavelaşvili "Imedi" telekanalının efirindəki çıxışında Gürcüstanın Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasında maraqlı tərəflərdən biri olduğunu söyləyib. Prezident danışıqlara hazır olduqlarına görə hər iki ölkənin rəhbərliklərinə təşəkkür edib.
Kavelaşvili deyib: "Tbilisi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Sülh və sabitlik bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün həlledici əhəmiyyətə malikdir və hər üç dövlət üçün imkanlar açır".
Hürr Tərcüman
