Gürcüstan NATO-ya nə vaxt daxil olacaq? Qaribaşvili ilkin şərti açıqladı

2022-06-21 15:36:00

Gürcüstan NATO-ya nə vaxt daxil olacaq? Qaribaşvili ilkin şərti açıqladı

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qətərdə keçirilən iqtisadi forumdakı çıxışı zamanı Gürcüstanın NATO-ya daxil olmazdan əvvəl ilk növbədə öz ərazi problemlərini həll eləməli olduğunu bildirib.

Moskva ilə dinc danışıqlar aparmaqla ərazi bütövlüyünün bərpa ediləcəyinə ümid bəslənilir

Qaribaşvili deyib: “Bizin motivasiyamız – NATO üzvü olmaqdır. Bu, bizim strateji hazırlığımızdan və səbrimizdən asılıdır. Biz başa düşürük ki, NATO üzvü olmaq təkcə bizin alyansa daxil olmaq arzumuzdan asılı deyil. Gürcüstanın üzvlüyə qəbul edilməsi üçün İttifaqın bütün üzv dövlətləri arasında konsensus əldə edilməlidir. Biz sadəlövh deyilik, başa düşürük ki, Gürcüstanın ərazi problemləri mövcuddur, biz əvvəlcə onları həll eləməli, məhz bundan sonra NATO-ya daxil olmalıyıq. Bizim Avropa və NATO-dakı dostlarımızın fikri belədir. Bizim hökumətimizin siyasəti ərazi bütövlüyümüzün və suverenliyimizin dinc danışıqlar yolu ilə bərpa edilməsidir. Hakimiyyətə gələndən bəri (Moskva ilə – red.)  təmaslarımız olmayıb. 2012-ci ildən bəri heç bir siyasi məşvərət etməmişik. Yalnız ticari-iqtisadi əlaqələrimiz mövcuddur”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya