Saat:16:08
Haqqımızda

Gürcüstan Konstitusiyasında dəyişikliklər edilə bilər

2024-04-04 00:24:29

Gürcüstan Konstitusiyasında dəyişikliklər edilə bilər

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının deputatları Konstitusiyaya düzəlişlər təşəbbüsü ilə çıxış ediblər.

Onlar parlamentə LGBT təbliğatının qadağan olunmasını nəzərdə tutan konstitusiya qanunu layihəsini göndəriblər.

Qanunverici orqanın saytında dərc edilən dəyişikliklərə əsasən, Gürcüstan Konstitusiyasında ailə dəyərlərinin qorunması, nikahın yalnız ən azı 18 yaşında olan bir kişi və bir qadının birliyi kimi qəbul edilməsi nəzərdə tutulur. Həmçinin, yalnız evli olan heteroseksual şəxslərə yetkinlik yaşına çatmayan uşağı övladlığa götürmə və ya qəyyumluq icazəsi veriləcək. Konstitusiya qanunu cinsiyyətin dəyişdirilməsi ilə bağlı hər hansı tibbi müdaxiləni qadağan edəcək.//Oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR