"Gürcüstan ikinci Ukrayna olmaq istəmədi"
Hurriyyet.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto Gürcüstanın ikinci Ukrayna olmaq istəmədiyini, Rusiya ilə sülhü seçdiyini və ölkə xalqının oktyabrın 26-dakı parlament seçkilərində qəti qərarını verdiyini, bunun isə Avropa İttifaqı rəhbərliyinin qətiyyən xoşuna gəlmədiyini söyləyib.
Macarıstanın Baş naziri Viktor Orbanın Tbilisiyə səfəri zamanı onu müşayiəy edən Siyyarto macar televiziyasına müsahibəsində deyib: "Brüsseldə çoxları Gürcüstanın ikinci Ukrayna olmasını istəyərdilər. Lakin Gürcüstan xalqı bununla razılaşmadı. Gürcüstan ikinci Ukrayna olsaydı, bu məğlubiyyətlə bitmiş müharibə, yüzminlərlə ölüm və milyonlarla qaçqın demək olacaqdı. Çünki Ukrayndakı müharibə məhz bu deməkdir. Gürcüstan isə ikinci Ukrayna olmaq istəmədi. Gürcülər Brüsseldə kəskin ağrı doğuracağına baxmayaraq, qəti qərarlarını verdilər".
Gürcüstan ilə Rusiya arasındakı münasibətlər, keçmişdə baş vermiş münaqişə barəsində suala cavab verən Siyyarto regiondakı və bütün dünyadakı mürəkkəb geosiyasi vəziyyət fonunda indiki hakimiyyətin sülhə təminat verməsinin böyük nailiyyət adlandırıb.
Nazir deyib: "Gürcü arzusu" partiyası hakimiyyətə gələndən bəri heç bir müharibə, heç bir silahlı münaqişə baş verməyib. Bu da göstərir ki, siz həqiqətən də sülh istəyib, bunun üçün səy göstərsəniz, ona nail ola bilərsiniz".
Hürr Tərcüman